Bakı və Salyanda 41 kq narkotik dövriyyədən çıxarılıb
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini fasiləsiz davam etdirirlər.
Sizinxeber.az DİN-ə istinadən xəbər verir ki, Bakı şəhəri və Salyan rayonunda keçirilən növbəti əməliyyatlar zamanı əvvəllər də narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş 1998-ci il təvəllüdlü Elgün Məmmədov və 2002-ci il təvəllüdlü Rəşad Süleymanov saxlanılıblar. Onlardan ümumilikdə 41 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
E.Məmmədov və R.Süleymanov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş yerlərdən narkotik vasitələri götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
İran vətəndaşından əldə edilən 41 kiloqram narkotik dövriyyədən çıxarılıb, iki nəfər həbs olunub
DİN əməliyyat keçirib, 61 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
