Narkotik satışına görə 3 nəfər həbs olunub, 38 kq marixuana və tiryək götürülüb
DİN Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatlarla mütəşəkkil dəstə üzvləri əvvəllər dəfələrlə məhkum olunmuşlar Elçin Həmzəyev, Hüseyn Fətullayev və tanışı Seyfət Pənahov saxlanılıblar.
Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Onların üzərindən və avtomobillərindən 38 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və tiryək aşkarlanıb.
Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkanlardan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onlar barəsində həbs-qətimkan tədbirləri seçilib.
E.Həmzəyev, H.Fətullayev və tanışı S.Pənahovla əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Bakı və Salyanda 41 kq narkotik dövriyyədən çıxarılıb
Narkotik satışına görə 3 nəfər həbs edilib
Saxlanılan 3 nəfərdən 35 kq narkotik götürülüb
Bakıda saxlanılan 3 nəfərdən 24 kq narkotik götürülüb
DİN əməliyyat keçirib, 61 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













