Bakıda 79 yaşlı qadını aldadaraq 20 min manatını alan şəxslər saxlanılıb
sizinxeber.az xəbər saytı

Bakıda 79 yaşlı qadını aldadaraq 20 min manatını alan şəxslər saxlanılıb


Yaşlı nəslin nümayəndələrinə ev telefonları vasitəsilə zəng edərək yaxın qohumlarının qəza törətməsi adı ilə onların pul vəsaitlərinin ələ keçirilməsi barədə daxil olan müraciətlər üzrə polis əməkdaşları tərəfindən zəruri tədbirlər davam etdirilir.

APA xəbər verir bu barədə DİN-dən bildirilib.

Belə ki, eyni üsulla dələduzluğa məruz qalan paytaxt sakini olan 79 yaşlı qadın bu barədə polisə müraciət edib. Zərərçəkən oktyabrın 5-də bacısının yol-nəqliyyat hadisəsi törətdiyi barədə telefonla ona xəbər verildiyini və 20.000 manat istənildiyini bildirib. O, evinə gələn tanımadığı şəxslərə həmin məbləği verəndən bir qədər sonra isə aldadıldığını anlayaraq polisə məlumat verib.

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində bu qanunsuz əməllərə cəlb olunan Bakı şəhər sakinləri M.Əsgərli və G.İsrafilov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalar davam etdirilir.

DİN bir daha vətəndaşlara diqqətli olmağı, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirməyi və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyi, bu cür hallarla rastlaşdıqda isə dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə məlumat vermələrini tövsiyə edir.

Oxşar xəbərlər

Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda qadını aldadaraq 8 min manatını alıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 3 vətəndaşı aldadaraq 43 min manatını mənimsəyən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda bir nəfərə qarşı 22 min dollarlıq dələduzluq olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle