Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakıda keçirilən tədbirinin iştirakçıları Qəbələyə səfər edib
sizinxeber.az xəbər saytı

Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakıda keçirilən tədbirinin iştirakçıları Qəbələyə səfər edib


Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakıda keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağının iştirakçıları Qəbələ şəhərinə səfər edib.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Bakıda keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlərin keçirilməsi davam etdirilir.

Qeyd olunan tədbir çərçivəsində ölkəmizdə səfərdə olan 100-ə yaxın prokuror ölkəmizin tarixi yerlərindən olan Qəbələ şəhərinə səfər etmişdir.

Səfər zamanı qonaqlar qədim alban memarlığının nümunəsi olan Müqəddəs Yelisey adına Cotari Kilsəsi ilə tanış olub, Qəbələ Arxeoloji Mərkəzini ziyarət edərək orada olan eksponatlar barədə onlara ətraflı məlumat verilib.

Oxşar xəbərlər

Bakıda keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının iştirakçıları Qəbələyə səfər edib
Kamran Əliyev Gürcüstanın Baş prokuroru ilə görüşüb
Kamran Əliyev Litva Baş prokuroru ilə görüşüb
Kamran Əliyev Yəmən Baş prokuroru ilə görüşüb
Baş prokuror Çili nümayəndə heyəti ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər