Kamran Əliyev Yəmən Baş prokuroru ilə görüşüb
Dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29 sentyabr-2 oktyabr tarixlərində Bakıda keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Sizinxeber.az-ya bildirilib ki, bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Yəmən Respublikasının Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ölkələrimiz arasında qədim əlaqələrin mövcudluğu və bu əlaqələrin müasir dövrdə ikitərəfli və beynəlxalq təşkilatlar müstəvisində inkişaf etdiyini bildirən Baş prokuror Kamran Əliyev, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımızın təqdirəlayiq olduğunu vurğulayıb.
Azərbaycan və Yəmən arasında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan Kamran Əliyev, Yəmən Respublikasının Prokurorluq orqanları ilə münasibətlərin Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) və digər peşəkar platformalarda uğurla inkşaf etdiyini diqqətə çatdırıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror, COP29-un iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə əhəmiyyətli bir mərhələ olacağını qeyd edib.
Yəmən Respublikasının Baş prokuroru səmimi qəbula görə minnətdarlığını bildirərək, eyni dinə mənsub iki dövlət arasında əlaqələrin bütün sahələr üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.
Oxşar xəbərlər
Kamran Əliyev Litva Baş prokuroru ilə görüşüb
Kamran Əliyev Gürcüstanın Baş prokuroru ilə görüşüb
Kamran Əliyev Keniya Dövlət Prokurorluğunun Direktorunu qəbul edib, Anlaşma Memorandumu imzalanıb
Kamran Əliyev Səudiyyə Ərəbistanı Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Baş prokuror monqolustanlı həmkarıyla görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













