Ucarda zəncirvari qəza nəticəsində üç avtomobil yararsız hala düşüb
Ucarda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Sizinxeber.az -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunu Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
Ucar rayonunun Lək kənd sakini, 1994-ci il təvəllüdlü Fərhad Məmməd oğlu Hüseynov "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına çıxan iri buynuzlu heyvanı vurub.
Rayon sakini, 1994-ci il təvəllüdlü Fərman Abuzərov kömək məqsədilə idarə etdiyi "VAZ 2106"; markalı minik avtomobilini yol kənarında saxlayıb.
Arxadan gələn Qeys Əmirovun idarə etdiyi "BMW"; markalı minik avtomobili "VAZ 2106"-ya çırpılıb. Zərbənin gücündən "BMW" yoldan çıxaraq aşıb.
Nəticədə hər üç avtomobil yararsız hala düşüb və Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Vüqar İmamqulu oğlu Quliyev müxtəlif dərəcəli xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Ucarda iki minik maşını toqquşub, xəsarət alanlar var - FOTO
Ucarda iki maşın toqquşub, xəsarət alanlar var
Göygöldə minik avtomobili "Kamaz"a çırpılıb, xəsarət alan var
Ucarda minik maşını yanaraq yararsız vəziyyətə düşüb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
