sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ucarda minik maşını yanaraq yararsız vəziyyətə düşüb - FOTO
Ucarda minik maşını yanıb.
Sizinxeber.az-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qaracallı kəndində baş verib.
Kənd sakini, 1947-ci il təvəllüdlü Kamal Salah oğlu Sarıyevin çardağın altında saxladığı "Hyundai Sonata" markalı minik maşını anidən alışıb.
Nəticədə çardağın 10 kvadratmetri və minik maşını tamamı ilə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvə cəlb olunub.
Yanğın söndürülüb, ölən və xəsarət alan olmayıb. İlkin ehtimala görə, hadisəyə minik maşınında baş verən qısa qapanma səbəb olub.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Ucarda iki minik maşını toqquşub, xəsarət alanlar var - FOTO
Tovuzda yük maşını ilə minik maşını toqquşub, ölən var
Ucarda qəza olub, ölən var
Bakıda minik maşını yük avtomobilinə çırpılıb, ölən var
Ucarda evdə yanğın olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













