Ucarda iki minik maşını toqquşub, xəsarət alanlar var - FOTO
Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sizinxeber.az-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun rayonun "dörd yol" adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.
Ucar rayon sakini, 1997-ci il təvəllüdlü Tinel Ağahüseyn oğlu Cavadlının idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Əzim Rafiq oğlu Məmmədovun idarə etdiyi "Nissan" markalı minik maşını toqquşub.
Nəticədə Ucar rayon sakini, 1974-cü il təvəllüdlü Əhliman Vəli oğlu Məhərrəmov və Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Amaliya Qəzənfər qızı Məmmədova xəsarət alıblar.
Zərərçəkənlər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Salyanda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
