Narkotikə görə saxlanılan maşında 1,3 kq qızıl tapılıb - VİDEO
Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olunub.
Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətindən APA-ya bildirilib ki, Bakı-Şamaxı-Yevlax yolu üzərində yerləşən stasionar postunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.
Belə ki, ötən gün Bakı şəhər sakini Mahir Qasımovun idarə etdiyi “KİA” markalı avtomobil sərxoşluğa qarşı aparılan reyd zamanı saxlanılarkən sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə zamanı Mahir Qasımovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
Bununla yanaşı avtomobilə baxış zamanı oradan xüsusi qablaşdırılmış narkotik vasitə və 1,3 kiloqram qızıl məmulatları aşkar edildiyindən Mahir Qasımov aidiyyəti üzrə ərazi polis orqanına təhvil verilib.
Oxşar xəbərlər
Avtomobil idarə edən narkotik istifadəçisi stasionar postda saxlanılıb
Kirayələdiyi maşınla narkotik daşıyan sürücü saxlanılıb
Göyçayda narkotiklərin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Texniki baxışa təqdim edilən avtomobildə narkotik aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
