Kirayələdiyi maşınla narkotik daşıyan sürücü saxlanılıb
Narkotik vasitənin təsir altında sükan arxasına əyləşən sürücünün kirayələdiyi avtomobillə narkotik daşıdığı məlum olub.
Bu haqda Sizinxeber.az-ya DİN-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin Ələt-Astara yolu üzərində yerləşən stasionar postunda “KIA” markalı avtomobilin sürücüsü yol-patrul xidməti əməkdaşının “Saxla” işarəsinə əhəmiyyət verməyərək hərəkətini davam etdirib. YPX Alayının əməkdaşları tərəfindən görülən tədbirlərlə tabesizlik göstərən sürücü – Lənkəran rayon sakini Faiq İsayev saxlanılıb.
Araşdırma zamanı F.İsayevin avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi və kirayələdiyi avtomobildə narkotik vasitə daşıması müəyyən olunub. Belə ki, avtomobilə baxış zamanı oradan ayrı-ayrı qablaşdırılmış ümumi çəkisi iki kiloqrama yaxın olan narkotik vasitə aşkarlanaraq götürülüb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi məqsədilə avtomobil kirayələyən F.İsayev aidiyyəti üzrə ərazi polis orqanına təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qusarda avtomobili narkotik və spirtli içki təsiri altında idarə edən 21 sürücü aşkar olunub
Ötən gün 133 kq-a yaxın narkotik vasitə aşkar olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
