Abşeron rayonu, Mehdiabad qəsəbəsində sexdə yanğın baş verib - VİDEO
FHN-in "112" qaynar xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının çörəkbişirmə sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənərək daha böyük sahəyə yayılmasına, o cümlədən bitişik obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 400 kv.m. olan çörəkbişirmə sexinin dam örtüyünün taxta atmaları və şüşə-pambıq üzlüyü 200 kv.m. sahədə yanıb.
Sexin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Qubadlıda yanğın olub, alovun meşəlik əraziyə keçməsinə imkan verilməyib - VİDEO
Ucarda mərkəzi bazarda başlayan yanğın söndürülüb - FOTOLENT - VİDEO - YENİLƏNİB 3
Binəqədi rayonunda obyektdə yanğın baş verib - VİDEO
Masallıda istirahət mərkəzindəki yanğının meşəyə keçməsinin qarşısı alınıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
