Biləsuvarda minik maşını traktorla toqquşub, 4 nəfər xəsarət alıb
sizinxeber.az xəbər saytı

Biləsuvarda minik maşını traktorla toqquşub, 4 nəfər xəsarət alıb


Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Biləsuvar rayonunun Ağayrı kəndi ərazisində qeydə alınıb. "Hyundai" markalı minik avtomobili ilə traktorun toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına aparılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sizinxeber.az-nın cənub bürosuna bildirilib ki, saat 13 radələrində Bəhrəmtəpə-Biləsuvar yolunun Ağayrı kəndindən keçən hissəsində R.Hümmətovun idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə Ə.Abıyevin idarə etdiyi "Belarus" markalı traktor toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü və minik maşınında olan 2 nəfər sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Biləsuvarda iki yol-nəqliyyat qəzası olub, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda baş verən qəzada iki nəfər xəsarət alıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Goranboyda yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda baş verən qəzada xəsarət alanların sayı artıb - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Goranboyda yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alanlar var - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər