Sumqayıtda 45 yaşlı kişi ölüb
sizinxeber.az xəbər saytı

Sumqayıtda 45 yaşlı kişi ölüb


Sentyabrın 14-də Sumqayıt şəhərində narkotik cinayətlərinə görə dəfələrlə məhkum olunan, narkotik aludəçisi ürəktutmadan ölüb.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilən tədbirlər zamanı üzərindən 2 bükümdə psixotrop maddə olan metamfetamin aşkarlanan 1979-cu il təvəllüdlü Sahib Gözəli saxlanılıb. Bu zaman onun halı qəfil pisləşdiyindən təcili tibbi yardım çağırılaraq xəstəxanaya aparılıb. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Oxşar xəbərlər

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən bir tondan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb
İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdə 50 kq narkotik aşkarlanıb
Bakıda narkotik satışını təşkil edən şəxslər saxlanılıblar
Bu il dəyəri 115 milyon AZN olan narkotik qanunsuz dövriyyədən çıxarılıb
Son bir ayda Hacıqabulda narkotik satan 15 nəfər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle