Naxçıvan prokuroru: Araz çayı Ermənistan ərazisindən həm AES, həm də zavodların tullantıları ilə çirklənməyə məruz qalır
sizinxeber.az xəbər saytı

Naxçıvan prokuroru: Araz çayı Ermənistan ərazisindən həm AES, həm də zavodların tullantıları ilə çirklənməyə məruz qalır


Naxçıvan Muxtar Respublikasının prokuroru: “Araz çayı Ermənistan ərazisindən həm AES, həm də müxtəlif növ metallurgiya zavodlarının birbaşa tullantıları ilə çirklənməyə məruz qalır”

APA xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev bu gün Naxçıvanda keçirilən "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda" Elmi-Praktiki Konfrans zamanı qeyd edib.

“Araz çayı Ermənistan ərazisindən həm AES, həm də müxtəlif növ metallurgiya zavodlarının birbaşa tullantıları ilə çirklənməyə məruz qalır. Araz çayı ilə birbaşa təmasda olan ərazilər və Arazboyu Naxçıvan MR-nın çoxsaylı yaşayış məntəqələri, əkin və otlaq sahələri vardır ki, Araz çayının bu şəkildə çirkləndirilməsi MR-in əhalisinin həyat və sağlamlığını, iqtisadiyyatını, kənd təsərrüfatı ciddi təhlükə altına alır” – deyə Sənan Paşayev qeyd edib.

Naxçıvanda yeraltı, yerüstü və sərhəd su obyektlərinin mövcud olduğunu bildirən Sənan Paşayev su ehtiyatlarının israfının qarşısının alınması məqsədilə bütün rayonlarda maarifləndirici tədbirlər keçirildiyini qeyd edib.

Oxşar xəbərlər

Naxçıvan prokuroru: Araz çayı Ermənistandan çirklənməyə məruz qalır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror: Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fuad Nəcəfli: Ermənistanın Araz çayını çirkləndirməsi nəticəsində bir çox bitki və heyvanın yox olması təhlükəsi yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda konfrans keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamran Əliyev: Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər