Fuad Nəcəfli: Ermənistanın Araz çayını çirkləndirməsi nəticəsində bir çox bitki və heyvanın yox olması təhlükəsi yaranıb
"Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərirdi".
Sizinxeber.az xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD lahiyəsi çərçivəsində "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda Elmi-praktiki Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
O bildirib ki, Ermənistan tərəfindən metalların zəhərli tullantıları həm Araz çayına, həm də “Şir arxı”na axıdılmaqla burada olan yüzlərlə köçəri quş və balıq məhv olub: "Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi bu gün də davam edir. Bu isə Arazqırağı ərazilərdə fauna və floranın məhvinə səbəb olur. Demək olar ki, artıq bir çox bitki və heyvanın təbiətdən yox olması təhlükəsi yaranıb. Son zamanlar aparılan müşahidələr zamanı müəyyən edilib ki, çayın suyu qatılaşıb, rəngi dəyişilib. Bütün bunlara baxmayaraq, Ermənistan təbiət əleyhinə yönələn əməllərini hələ də davam etdirir”.
Səlahiyyətli nümayəndə vurğulayıb ki, son zamanlar həmçinin, ekoterrorun nəticəsində Sədərək rayonunda "Şir arxı"da balıqlar məhv olub: “Eyni zamanda, Şahbuz rayonunda minaya düşən yerli vətəndaşın xəsarət alması Ermənistanın məkrli siyasətinin nəticəsidir".
Oxşar xəbərlər
Naxçıvanda "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda konfrans keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fuad Nəcəfli: Ermənistanın ekoterroru nəticəsində Sədərəkdə "Şir arxı"nda balıqlar məhv olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror: Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail "Hizbullah"ın Beyrutdakı strateji bölməsinin rəhbəri Fuad Şükrü məhv etdiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












