Naxçıvan prokuroru: Araz çayı Ermənistandan çirklənməyə məruz qalır
Araz çayı Ermənistan ərazisindən həm AES, həm də müxtəlif növ metallurgiya zavodlarının birbaşa tullantıları ilə çirklənməyə məruz qalır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev bu gün Naxçıvanda keçirilən "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda" Elmi-Praktiki Konfrans zamanı qeyd edib.
“Araz çayı Ermənistan ərazisindən həm AES, həm də müxtəlif növ metallurgiya zavodlarının birbaşa tullantıları ilə çirklənməyə məruz qalır. Araz çayı ilə birbaşa təmasda olan ərazilər və Arazboyu Naxçıvan MR-in çoxsaylı yaşayış məntəqələri, əkin və otlaq sahələri vardır ki, Araz çayının bu şəkildə çirkləndirilməsi MR-in əhalisinin həyat və sağlamlığını, iqtisadiyyatını, kənd təsərrüfatı ciddi təhlükə altına alır”, - deyə Sənan Paşayev qeyd edib.
Naxçıvanda yeraltı, yerüstü və sərhəd su obyektlərinin mövcud olduğunu bildirən Sənan Paşayev su ehtiyatlarının israfının qarşısının alınması məqsədilə bütün rayonlarda maarifləndirici tədbirlər keçirildiyini qeyd edib.
Oxşar xəbərlər
Naxçıvan prokuroru: Araz çayı Ermənistan ərazisindən həm AES, həm də zavodların tullantıları ilə çirklənməyə məruz qalır
Kamran Əliyev: Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir
Baş prokuror: Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir
Fuad Nəcəfli: Ermənistanın ekoterroru nəticəsində Sədərəkdə "Şir arxı"nda balıqlar məhv olub
“Araz-Naxçıvan” braziliyalı hücumçu ilə yollarını ayırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













