Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
sizinxeber.az xəbər saytı

Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb


Naxçıvan-Batabat yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər xəsarət alıb.

Sizinxeber.az-nın Naxçıvan bürosunun məlumatına görə, hadisə Babək rayonunun Biçənək kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində Babək rayonunun Şəkərabad kənd sakinləri – 2014-cü il təvəllüdlü Vəliyev Fərhad Ceyhun oğlu, 2005-ci il təvəllüdlü Həsənova Nuray Həsən qızı, 2004-cü il təvəllüdlü Zeynalova Surə Zeynal qızı, 2003-cü il təvəllüdlü Həsənov Nihad Həsən oğlu və 2002-ci il təvəllüdlü Vəliyev Fərahim Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Batabat yolunda avtomobil yoldan çıxıb, 5 nəfər xəsarət alıb
Naxçıvanda yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO
Naxçıvan-Şahbuz yolunda avtomobil aşıb, xəsarət alan var
Naxçıvan-Sədərək magistralında qəza olub, 5 nəfər xəsarət alıb
Naxçıvanda avtomobil 4 nəfəri vurub - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle