Azərbaycanda vətəndaşlara bank seçimi azadlığı veriləcək
Azərbaycanda vətəndaşlar pensiya, əməkhaqqı və sosial ödənişlərini istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administratoru Tofiq Acırqayev Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" da çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu layihə məcburi xarakter daşımır.
"Bu yanaşma vətəndaşlara öz banklarını sərbəst seçmək imkanı verəcək. Vəsait alan şəxslərə bank seçimi üzrə alternativ imkanların yaradılması nəzərdə tutulur. Bankların pensiyaçılara təqdim etdiyi xüsusi xidmət paketləri, o cümlədən nağdsız ödənişlər üzrə stimullaşdırma tədbirləri genişlənəcək. İlkin mərhələdə əmək haqqı ödənişləri, daha sonrakı mərhələlərdə isə pensiya və sosial müavinətlərin icrası Ani Ödənişlər Sistemi üzərindən reallaşacaq. Bu çox geniş və çox şaxəli bir layihədir. Bu layihənin inteqrasiyasında iştirak edən tərəflər arasında daim müzakirələr aparılır." - deyə o qeyd edib.
Oxşar xəbərlər
Dövlət Sosial Müdafiə Fondu bank xidmətlərinə 48 mln. manat xərcləyib
Zakir Nuriyev: Nağdsız ödənişlərin kart əməliyyatlarında payı 70 faizə yaxınlaşıb
“Birbank” Ani Ödənişlər Sisteminə qoşulub
ABA prezidenti: Azərbaycanda dollarlaşma səviyyəsi azalıb
Respublika üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Ceyhun Bayramovla Hakan Fidan regional və beynəlxalq prosesləri müzakirə ediblər - YENİLƏNİB
-
Azərbaycanda güzəştlə alınmış aqrar texnikanın ixracı məhdudlaşdırılıb
-
Nquyen Tiyen: Azərbaycan-Vyetnam əlaqələrinin inkişafından məmnunam
