Baş Prokurorluğun idarə rəisi Albaniya tərəfindən BMT Konvensiyasının tətbiqini qiymətləndirib
BMT-nin Korrupsiya əleyhinə Konvensiyanın Albaniya Respublikası tərəfindən implementasıyasının II mərhələ dəyərləndirilməsində BMT-nin Narkotilər və Cinayətkarlıq əleyhinə Ofisinin Katibliyinin dəstəyi ilə həmüzv ölkələr - Azərbaycan və Liberiya tərəfindən qiymətləndirmə həyata keçirilib.
Bu barədə Sizinxeber.az-ya Baş Prokurorluqdan məlumat verilib.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatar idarəsinin rəisi Elnur Musayev dəyərləndirici ekspert qismində nümayəndə heyətinin tərkibində Albaniya Respublikasının Dövlət İdarəçiliyi və Korrupsiyaya qarşı mübarizə üzrə naziri xanım Adea Pirdeni tərəfindən qəbul edilib.
Qəbuldan sonra azərbaycanlı ekspertin daxil olduğu nümayəndə heyəti həmin ölkənin Ədliyyə Nazirliyi, Baş Prokurorluğu, Daxili İşlər, Təhsil və Maliyyiə nazirlikləri, Korrupsiyanın Qarşısının Alınması üzrə Baş Direktorluğu, İnformasiya və Data Mühafizəsi üzrə Müvəkkil, Dövlət Xidmətləri üzrə Agentlik, Dövlət Qulluğu üzrə Agentlik, Maliyyə Kəşfiyyatı və digər qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçirib.
Həmin görüşlərdə dəyərləndirici ekspertlərin korrupsiyanın qarşısının alınması, o cümlədən korrupsiya əleyhinə dövlət və institusional strategiya proqramlarının icrası, antikorrupsiya qurumlarının gücləndirilməsi, dövlət və özəl sektorunda işləyən şəxslərin dürütslüyünün təmin edilməsi üzrə etik davranış, hədiyyələr, maraqlar toqquşmasının qarşısının alınması qaydaları və digər məsələlər dair ekspertlərin suallar cavablandırılıb.
Əlavə olaraq Albaniya tərəfi korrupsiya yolu ilə əldə edilmiş vəsaitlərin qaytarılması ilə bağlı üzərilərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı məlumat verib.
Görüşün nəticələri üzrə Azərbaycan və Liberiya ekspertlərinin birgə hesabatı hazırlanaraq BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının üzv dövlətlərinin iclasına çıxarılacaq.
Oxşar xəbərlər
Samir Şərifov İranın Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşüb - FOTO - YENİLƏNİB
Samir Şərifov İranın XİN Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşüb - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Baş Prokurorluğun idarə rəisi: Ağac kəsmə faktları ilə bağlı 850 min manata yaxın ziyan ödətdirilib
Kamran Əliyev Albaniya Baş prokuroru ilə görüşüb, memorandum imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













