Korrupsiya ilə əlaqədar məlumat verən işçiyə qisastətbiqinə yol verilməyəcək
sizinxeber.az xəbər saytı

Korrupsiya ilə əlaqədar məlumat verən işçiyə qisastətbiqinə yol verilməyəcək


Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə birbaşa və ya dolayı yolla qisas tətbiq edilə bilməz.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirilməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq edilə bilməz. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədilə hər hansı tədbirlərin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşür.

Orqanın (qurumun) rəhbəri müvafiq orqan (qurum) daxilində yuxarıda qeyd olunan tələblərə riayət olunmasını təmin edir və həmin maddənin tələblərinin pozulması məsuliyyətə səbəb olur. Qisas məqsədli tədbirə məruz qaldığını iddia edən şəxs pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti üzrə yuxarı vəzifəli şəxsə və məhkəməyə müraciət edə biləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Korrupsiya risklərinin üzə çıxarılması proseduru müəyyənləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bir ildə korrupsiya ilə bağlı 158 cinayət işi məhkəmələrə göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Korrupsiya ilə bağlı cinayət işləri üzrə vurulmuş ziyandan 50 milyon manat ödənilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad edilmiş ərazilərdə bu il ekoloji hüquqpozmalarla bağlı 106 akt, 64 protokol tərtib olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror: Korrupsiya cinayəti törədən 25 nəfər cinayət başında yaxalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər