Korrupsiya risklərinin idarə edilməsi qaydaları hazırlanacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
apr
2025
11:50
0
0
1 259
ff aaaaaaa

Korrupsiya risklərinin idarə edilməsi qaydaları hazırlanacaq

14 apr, 2025
11:50
1 259

Korrupsiya risklərinin idarə edilməsi qaydaları hazırlanacaq

Dövlət və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində korrupsiya risklərinin idarə edilməsi qaydaları hazırlanacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti dövlət və yerli özünüidarəetmə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin, publik hüquqi şəxslərin və büdcə təşkilatlarının fəaliyyətində korrupsiya risklərinin idarə edilməsi qaydalarını dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul