Xəzər rayonunda su quyusuna düşən şəxs FHN-in əməkdaşları tərəfindən xilas edilib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Albalılıq qəsəbəsi ərazisində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.
APA nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2008-ci il təvəllüdlü İsmayılov Vaqif Emin oğlu fərdi yaşayış evinin həyətyanı sahəsində dərinliyi təqribən 30 metr olan su quyusuna düşən iti xilas etmək istəyərkən özü də quyuya düşərək təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə V.İsmayılovu və iti quyudan çıxararaq xilas ediblər.
Oxşar xəbərlər
Mingəçevirdə dərədə köməksiz qalan şəxs xilas edilib - VİDEO
Xırdalanda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib - VİDEO
FHN mikroavtobusda sıxılı vəziyyətdə qalan şəxslərin xilas edilməsi barədə məlumat yayıb
Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib
Şəmkirdə yol qəzası olub, sıxılı vəziyyətdə qalan sürücü xilas edilib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













