FHN: Ötən sutka 54 yanğına çıxış olub
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə APA-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 54 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər, o cümlədən paytaxtın Binəqədi rayonunda liftdə texniki nasazlıq səbəbindən köməksiz vəziyyətdə qalmış 1 nəfər xilas edilib, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzildə köməksiz vəziyyətdə qalmış ağırçəkili vətəndaşa müvafiq köməklik göstərilərək Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Bundan əlavə, yanğınlar zamanı 2 nəfər təxliyə olunub, 1 nəfər xəsarət alıb.
Oxşar xəbərlər
FHN: Ötən sutka 59 yanğına çıxış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
