Bakıda keçirilən əməliyyatlarda 15 kq narkotik aşkarlanıb
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyat tədbirləri davam etdirilir. Paytaxtın Xətai və Binəqədi rayonlarında keçirilən əməliyyatlar zamanı əvvəllər məhkum olunan 29 yaşlı Röyal Məmmədov və həmyaşıdı Cavad Məmmədov saxlanılıblar.
Sizinxeber.az DİN-ə istinadən xəbər verir ki, onlara məxsus mənzil və avtomobildən 15 kiloqram 460 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.
Onların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri gizlədilən ünvanlardan əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda keçirilən əməliyyatda 27 kq narkotik aşkarlanıb
Binəqədidə keçirilən əməliyyatda 24 kq narkotik aşkarlanıb
Abşeronda 48 kq narkotik aşkarlanıb
DİN əməliyyatlar keçirib, 27 kiloqram narkotik aşkarlanıb
Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik vasitə aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
