Bakıda keçirilən əməliyyatda 27 kq narkotik aşkarlanıb
sizinxeber.az xəbər saytı

Bakıda keçirilən əməliyyatda 27 kq narkotik aşkarlanıb


DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə silsilə əməliyyat tədbirləri davam etdirilir.

DİN-dən APA-ya verilən xəbərə görə, Xəzər, Abşeron və İmişli rayonlarında keçirilən sonuncu əməliyyatlar zamanı narkokuryerlər - 56 yaşlı Kamil Hüseynzadə, 48 yaşlı Eldəniz Musayev və 44 yaşlı Rəşad İsmayılov saxlanılıblar. Onlardan ümumilikdə 27 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.

Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən saxlanılan şəxslər narkotik vasitələrin satışını təşkil etməyi planlaşdırıblar.

Faktlarla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar davam etdirilir.

Oxşar xəbərlər

DİN əməliyyatlar keçirib, 27 kiloqram narkotik aşkarlanıb
Binəqədidə keçirilən əməliyyatda 24 kq narkotik aşkarlanıb
Sumqayıtda 67 kq narkotik aşkarlanıb, 2 nəfər tutulub - VİDEO
DİN əməliyyat keçirib, 24 kiloqram narkotik aşkarlanıb
Abşeronda 48 kq narkotik aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle