Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik vasitə aşkarlanıb
sizinxeber.az xəbər saytı

Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik vasitə aşkarlanıb


Abşeron rayonunda əməliyyat keçirib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir. 

Abşeron rayonunda keçirilən növbəti tədbir zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş 38 yaşlı Səyyad Hətəmov tutulub. Onun üzərinə və evinə baxış zamanı 48 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, 300 ədəd psixotrop tərkibli həb və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.

S.Hətəmov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini və Qaradağ rayonu ərazisindəki gizli yerdən götürüb ayrı-ayrı ünvanlara çatdırmaqla maddi gəlir qazanmaq niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmə tərəfindən saxlanılan şəxs barəsində həbs qətimkan qərarı verilib.

Oxşar xəbərlər

Abşeronda 48 kq narkotik aşkarlanıb
Sabunçuda əməliyyat keçirilib, 29 kiloqram narkotik dövriyyədən çıxarılıb
Bakıda avtomobildə İrandan göndərilən 32 kq narkotik aşkarlanıb
Masallıda 19 kiloqram narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb
Yeni ilin ilk günündə 30 kiloqram narkotik vasitə aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle