Ermənistan ordusunun əsirliyində olmuş azərbaycanlı: Narkotik maddələr qəbul edib bizə işgəncə verirdilər
sizinxeber.az xəbər saytı

Ermənistan ordusunun əsirliyində olmuş azərbaycanlı: Narkotik maddələr qəbul edib bizə işgəncə verirdilər


Avqustun 8-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs İdris Mirzəyev 1994-cü ilin aprel ayında Tərtər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib.

Sizinxeber.az xəbər verir ki, İdris Mirzəyev əsirlik zamanı Şuşa həbsxanasında, Ağdərədə, Xankəndidə saxlanıldığını deyib. Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Ağbulaq kəndində (Xocavənd rayonu – red.) donuz və toyuq fermaları tikintisi işlərinə məcburi şəkildə cəlb olunub. Əsirlik zamanı döyülüb, işgəncələrə məruz qalıb, cümlədən başında butulka sındırılıb. Aldığı xəsarətlər nəticəsində onurğa sütunu zədələnib, bu səbəbdən axsayır. “Sərxoş olub, narkotik maddələr qəbul edib bizə işgəncə verirdilər”, - deyə o bildirib.

Həbib Əliyev 1992-ci ildə Laçında həqiqi hərbi xidmətdə olarkən, döyüşlər zamanı yaralanması nəticəsində əsir götürüldüyünü söyləyib. Yaralı vəziyyətdə döyülüb, işgəncələrə məruz qalıb. Əsir əsgər yoldaşı gözləri qarşısında yandırılıb. Həbib Əliyev Əsirliyinin 1 il 8 ayını zirzəmidə saxlanılıb. 1995-ci il mayın 8-də əsirlikdən azad olunub.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Oxşar xəbərlər

Ermənistan ordusunun təxribatından zərər çəkmiş azərbaycanlı: Əsir götürüldükdən sonra güllələndim
Ermənistanın əsirliyində olmuş azərbaycanlı: İşgəncələrə məruz qalırdım, döyülürdüm
Erməni əsirliyində olmuş azərbaycanlı: Bizi uşaqlara göstərib deyirdilər ki, bunlar türkdür, sizin düşmənlərinizdir
Ermənistan hərbçilərinin əsir götürdüyü azərbaycanlı: Mənə işgəncələr verildi
Ermənistan silahlı qüvvələrinin yaralı vəziyyətdə əsir götürdüyü azərbaycanlı: Hər gün işgəncə verirdilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle