Heydər Əliyev Mərkəzində Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbirin açılışı olub - YENİLƏNİB
Azərbaycanın ev sahibliyi ilə Heydər Əliyev Mərkəzində Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbirin açılış mərasimi keçirilib.
Sizinxeber.az xəbər verir ki, “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə” şüarı altında təşkil olunan tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) tərəfdaşlığı çərçivəsində baş tutub.
Tədbirdə Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Prezident İlham Əliyevin beynəlxalq tədbir iştirakçılarına müraciətini oxuyub.
Daha sonra ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov çıxış edib. Nazir qeyd edib ki, ölkəmizin bu gün ilk dəfə olaraq BMT-nin Ətraf Mühit Proqramının tərəfdaşlığı ilə Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etməsi Azərbaycanın qlobal ekoloji gündəlikdə fəal iştirakının, beynəlxalq əməkdaşlığa açıq yanaşmasının və ətraf mühitin mühafizəsinə verdiyi önəmin mühüm göstəricisidir.
Nazir Azərbaycanda son dövrlərdə bu sahədə görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb və qeyd edib ki, Azərbaycanda tullantıların idarə olunması sahəsində də bir sıra islahatlar həyata keçirilir.
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen Azərbaycanın ev sahibliyinu yüksək qiymətləndirib və bu sahədə görülməli işlərdən bəhs edib.
Daha sonra tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil, COP31-in təyin olunmuş prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun videomesajları dinlənilib.
Sonda Ümumdünya Ətraf Mühit Gününə və EXPO 2027-yə ev sahibliyi edəcək Serbiyanın ətraf mühitin mühafizəsi naziri Sara Pavkov Azərbaycanın tədbiri yüksək səviyyədə təşkil etdiyini diqqətə çatdırıb və bildirib ki, Azərbaycanın Dünya Ətraf Mühit Gününə yüksək səviyyədə ev sahibliyi etməsi gələcək təşkilatçılar üçün nümunədir: “Dünya Ətraf Mühit Günü 2027-nin Belqradda keçirilməsi Serbiya üçün həm şərəf, həm də böyük məsuliyyətdir”.
Daha sonra serbiyalı nazir ölkəsinin bu sahədə gördüyü işlərdən danışıb və növbəti il Serbiyanın hədəfləri barədə məlumat verib.
Tədbirin açılış mərasimi bədii hissə ilə davam edib.
***
11.16
Azərbaycanın ev sahibliyi ilə Heydər Əliyev Mərkəzində Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbir başlayıb.
Sizinxeber.az xəbər verir ki, “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə.” şüarı altında təşkil olunan tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) tərəfdaşlığı çərçivəsində keçirilir.
Oxşar xəbərlər
Prezident Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanlayıb
Serbiya gələn il Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
Nazir: Xəzər dənizinin səviyyəsinin azalmasını beynəlxalq gündəliyə çıxarmağa çalışırıq
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
Gələn il Serbiya Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
-
Qaradağda torpaq satışı qalmaqalı: Sabiq vəzifəli şəxslərinin məhkəmə istintaqı başladı
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
-
Bakı Təşəbbüs Qrupunun fəaliyyəti beynəlxalq səviyyədə qəbul olunur: Fransanın narahatlığı artır - TƏHLİL
-
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır
