Abşeronda motosiklet sürücüsü qəzada ölüb, piyada yaralanıb
Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə Novxanı-Binəqədi yolunda qeydə alınıb. İlkin məlumata görə, motosiklet sürücüsü yolu keçmək istəyən piyadanı vurub. Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Motosikletin sürücüsü isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən “Report”un yerli bürosuna məlumat verilib ki, müvafiq çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 26 yaşlı (kişi cinsli) şəxsə zəruri tibbi xidmət göstərilib və müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda motosiklet sürücüsü iki piyadanı vurub
Yasamalda motosiklet piyadanı vurub - YENİLƏNİB
Goranboyda təcili tibbi yardım avtomobili piyadanı vuraraq öldürüb
Yasamalda motosiklet piyadanı vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
