Hikmət Hacıyev Britaniya Müdafiə Nazirliyinin dövlət naziri ilə görüşüb
sizinxeber.az xəbər saytı

Hikmət Hacıyev Britaniya Müdafiə Nazirliyinin dövlət naziri ilə görüşüb


Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Müdafiə Nazirliyində dövlət naziri Vernon Kokerlə görüşüb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov sosial şəbəkədə bildirib.

“Birləşmiş Krallığın Müdafiə Nazirliyində Azərbaycan Prezidentinin köməkçisini səmimi qəbul etdiyiniz üçün təşəkkür edirik, cənab nazir!”, – diplomat yazıb.

Qeyd edək ki, Böyük Britaniyanın Müdafiə Nazirliyində dövlət naziri ölkənin müdafiə siyasətinin müəyyən aspektləri üçün məsul olan yüksəkprofilli siyasi vəzifəli şəxsdir. O, Müdafiə Nazirliyinin tərkibində işləyir və müdafiə nazirlərinə dövlət strategiyalarının həyata keçirilməsində, habelə təhlükəsizlik və müdafiə sahəsində əsas qərarların qəbul edilməsində yardımçı olur.

Xatırladaq ki, daha əvvəl Hikmət Hacıyev krallığın bir sıra yüksəkvəzifəli rəsmi şəxsləri ilə görüşmüş, Azərbaycan – Britaniya ikitərəfli əməkdaşlığının dərinləşdirilməsini müzakirə etmişdi.

Oxşar xəbərlər

Hikmət Hacıyev Britaniyanın rəsmi şəxsləri ilə görüşüb
Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmisi ilə görüşüb
Britaniya Müdafiə Nazirliyində genişmiqyaslı islahat keçiriləcək
Hikmət Hacıyev Britaniyanın dövlət naziri və təhlükəsizlik müşaviri ilə görüşüb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər