Britaniya Aİ ilə təhlükəsizlik sazişini müzakirə etməyə hazırdır
sizinxeber.az xəbər saytı

Britaniya Aİ ilə təhlükəsizlik sazişini müzakirə etməyə hazırdır


Böyük Britaniya Avropa İttifaqı (Aİ) ilə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişini müzakirə etməyə hazırdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib.

“İndi qarşıdakı illərdə təhlükəsizliyimizi təmin etmək üçün tərəfdaşlarla əməkdaşlığı gücləndirməyin vaxtıdır”, - o deyib.

Nazir xatırladıb ki, Britaniya artıq Aİ-nin üzvü deyil.

“Biz hərbi potensialın koordinasiyasını artırmaq, o cümlədən müdafiəyə özəl investisiyaları stimullaşdırmaq üçün avropalı tərəfdaşlar və NATO ilə işləyirik”, - Lemmi vurğulayıb.

“Biz Aİ ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa dair danışıqlar aparmağa hazırıq”, - XİN rəhbəri bildirib. Onun sözlərinə görə, Avropanın təhlükəsizliyi bölünməzdir.

Oxşar xəbərlər

Britaniya Ukraynanın təhlükəsizliyinə zəmanət verməyə hazır olduğunu bəyan edib
Böyük Britaniya İsrail və Çinə sanksiyalar tətbiq edə bilər
NATO-nun Baş katibi və Britaniyanın Baş naziri Aİ-nin fövqəladə sammitinə dəvət olunub
Britaniya XİN vətəndaşlarını Livandan çıxmağa çağırıb
İsrail və Britaniya XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle