Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
sizinxeber.az xəbər saytı

Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər


Ermənistan və Böyük Britaniya iki ölkə arasında əməkdaşlığın inkişafı üçün hərbi attaşelər təyin edə bilər.

“Sizinxeber.az”un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu məsələ Berlində Ermənistanın müdafiə naziri Suren Papikyan ilə Böyük Britaniyanın silahlı qüvvələr naziri Lyuk Pollard arasında keçirilən görüşdə müzakirə olunub.

Görüş zamanı Ermənistan və Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlığın əsas istiqamətləri və onların inkişaf perspektivləri, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

Qeyd edək ki, S.Papikyan Berlində işgüzar səfərdədir. O, bu gün BMT-nin sülhməramlı məsələlərə dair nazirlər görüşünün rəsmi açılış mərasimində iştirak edib.

Oxşar xəbərlər

Ermənistan və Çin müdafiə nazirləri əməkdaşlığın inkişafını müzakirə ediblər
ABŞ Ermənistan ordusunda islahatlara dəstəyini davam etdirəcək
Ermənistan və Yunanıstan arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb - FOTO
Ermənistan və İtaliyanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə ediblər
Papikyan: Ermənistan öz problemlərini özü həll etməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle