Ramin Məmmədov: Dinin mahiyyətinin olduğu kimi təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür
Dinin mahiyyətinin olduğu kimi təbliğ edilməsində, dinlərarası dialoqun, əməkdaşlığın təşviqində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür.
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İlahiyyat Məscidini ziyarəti zamanı orada fəaliyyət göstərən din xadimləri ilə görüşündə deyib.
Komitə sədri görüşdə Azərbaycanda dövlət səviyyəsində dinə xüsusi diqqət göstərildiyinı qeyd edib. Bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizin, tolerantlıq mühitinin qorunmasına həssaslıqla yanaşırlar.
R.Məmmədov, həmçinin dini maarifləndirmənin və dini təhsilin inkişafının prioritet istiqamətlərdən biri olduğunu bildirib.
Din xadimləri dövlətin onlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdiklərini vurğulayıblar. Azərbaycanda mövcud olan dini və mədəni müxtəlifliyin qorunmasının mühüm əhəmiyyətə malik olduğunu qeyd ediblər.
Oxşar xəbərlər
Ramin Məmmədov Bibiheybət ziyarətgah kompleksində din xadimləri ilə görüşüb
Zaqatalada müsahibədən keçən din xadimləri yeni vəzifələrə təyin ediliblər
Ağdam və Zəngilan məscidlərinə din xadimləri təyin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
