Zaqatalada müsahibədən keçən din xadimləri yeni vəzifələrə təyin ediliblər
Zaqatalada vakant vəzifələrin tutulması üçün elan edilən müsahibədən müvəffəqiyyətlə keçən din xadimləri yeni vəzifələrə təyin ediliblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən xəbərə görə, təyinat “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq həyata keçirilib.
Qeyd edilib ki, Ramin Məmmədov avqustun 12-də yeni təyin edilən din xadimləri ilə görüşüb.
Dövlət Komitəsinin sədri ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə toxunan Komitə sədri Prezident İlham Əliyevin bu məsələni daim diqqət mərkəzində saxladığını vurğulayıb. O, birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Qarabağ və Şərqi Zəngəzurdakı mədəni, tarixi və dini abidələrin bərpası, eləcə də yenidən tikilməsi istiqamətində görülən işlərin xalqımızın öz tarixinə, mədəni irsinə münasibətinin göstəricisi kimi qiymətləndirildiyini qeyd edib.
Ramin Məmmədov dinin mahiyyətinin olduğu kimi təbliğ edilməsində, dinlərarası dialoqun, əməkdaşlığın, vəhdətin, tolerant dəyərlərin təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb. Komitə sədri din xadimlərinin vəzifələrini layiqincə yerinə yetirəcəklərinə ümidvar olduğunu qeyd edib.
Oxşar xəbərlər
Ağdam və Zəngilan məscidlərinə din xadimləri təyin olunub
Ramin Məmmədov Bibiheybət ziyarətgah kompleksində din xadimləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
