Aşura günü 2696 nəfər könüllü qan verib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Aşura günü 2696 nəfər könüllü qan verib - YENİLƏNİB


Aşura günü ümumilikdə 2696 nəfər könüllü qan verib. Bu şəxslərdən ümumilikdə 1213.2 litr qan tədarük olunub.

Bu barədə Sizinxeber.az-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

***

11.41

Azərbaycanda Aşura Günü münasibətilə könüllü qanvermə aksiyası davam edir. Aksiya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə həyata keçirilir.

Səhiyyə Nazirliyindən Sizinxeber.az-ya verilən məlumata görə, 5 iyul 2025-ci il tarixində səhər saatlarından etibarən paytaxt və bölgələrdə yerləşən qanvermə məntəqələrində vətəndaşlar aksiyada fəal iştirak edirlər.

Saat 10:00-a olan məlumata əsasən, ümumilikdə 362 nəfər könüllü qan verib. Bu şəxslərdən ümumilikdə 162,9 litr qan tədarük olunub.

Bu ilki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 23 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxildir.

Qanvermə aksiyaları səhər saat 08:00-dan etibarən başlayıb və gün ərzində davam edir.

Oxşar xəbərlər

Səhiyyə Nazirliyi: 362 nəfər könüllü qan verib, 162,9 litr qan tədarük olunub
Şuşa və Ağdam məscidlərində ilk dəfə qanvermə aksiyası keçirilir - FOTO
Şuşadakı Yuxarı Gövhərağa və Ağdamın Cümə məscidlərində ilk dəfə qanvermə aksiyası keçirilir - FOTO
Allahşükür Paşazadə qan verib - FOTO
İndiyə qədər 1 500-ə yaxın donor qan verib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər