Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak etmək üçün noyabrın 25-də Portuqaliyaya gedəcək.
QMİ-dən "Report"a verilən məlumata görə, səfər BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə baş tutacaq.
A.Paşazadə noyabrın 26-27-də Portuqaliyanın Kaşkai şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının "Sülhdə birlik - etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" 10-cu Yubiley Qlobal Forumunun açılışında iştirak edəcək, "Bəşəriyyət naminə iyirmi illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq" mövzusunda ilk plenar toplantısında və "Dini məkanların mühafizəsi üzrə qlobal konfrans"ında çıxışlar edəcək.
BMT Sivilizasiyalar Alyansının yaranmasının iyirmi illiyinə həsr olunmuş tədbirdə BMT-nin Baş katibi Antonio Qutteriş də iştirak edəcək.
Eyni zamanda şeyxülislam noyabrın 27-də Lissabonda baş tutacaq KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının yeni tərkibdə ilk toplantısında iştirak edəcək.
Oxşar xəbərlər
Mədəniyyət naziri BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Allahşükür Paşazadə Braziliyadakı G20 Dinlərarası Forumunda iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Allahşükür Paşazadə sabah Rusiyaya gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Allahşükür Paşazadə Özbəkistana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-də “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” üzrə brifinq keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












