Allahşükür Paşazadə Özbəkistana səfər edəcək
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 14-də Özbəkistan Respublikasına səfər edəcək və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və himayəsi ilə keçirilən “İslam - sülh və xeyirxahlıq dinidir” mövzusunda Beynəlxalq Elmi-praktiki Konfransda iştirak edəcəkdir.
İdarədən “Report”a verilən məlumata görə, 15 oktyabrda Daşkənddə baş tutan bu mötəbər tədbirin keçirilməsi ideyasını Özbəkistanın dövlət başçısı ötən il BMT Baş Assambleyasının 78-ci sessiyasında etdiyi çıxışı zamanı bəyan edib.
QMİ sədri Şeyxülislam A.Paşazadə Beynəlxalq Konfransın açılış mərasimində çıxış edəcək. Plenar və 3 bölmə iclası ilə işini davam etdirəcək beynəlxalq forum İslam sivilizasiyasına tarixən töhfələr vermiş Özbəkistanın müasir dövrdə bu şərəfli, ənənəvi missiyasını davam etdirmək əzminin daha bir təzahürüdür.
Şeyxülislam Allahşükür Paşazadənin qardaş ölkəyə səfər çərçivəsində yüksək səviyyəli görüşlərdə iştirak edəcəyi nəzərdə tutulur.
Oxşar xəbərlər
Allahşükür Paşazadə sabah Rusiyaya gedir
Allahşükür Paşazadə Braziliyadakı G20 Dinlərarası Forumunda iştirak edəcək
QMİ sədri: TDT-nin Müsəlman dini liderlərinin vəzifəsi mənəvi birliyimizin qorunmasıdır
Allahşükür Paşazadənin 75 yaşı tamam olur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
