Azər Baxşəliyevin xanımının paylaşımı suallar doğurdu: Aktyor sağdır?
Aktyor Azər Baxşəliyevin xanımı Nigar Baxşəliyeva sosial media hesabında paylaşım edib.
Oxu.Az-ın məlumatına görə, o, A.Baxşəliyevə yazdığı "Oyanıb mənə yazacaqsan. Darıxıram, Azik. Çox" mesajını paylaşıb. Lakin N.Baxşəliyeva fotoya "Oyanmadın" şərhini yazıb.

Oxu.Az aktyorun son durumu barədə məlumat almaq üçün Azərbaycan Tibb Universiteti ilə əlaqə saxlayıb.
ATU-nun Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova Oxu.Az-a açıqlamasında deyib ki, hazırda Azər bəyin vəziyyətində bir dəyişiklik yoxdur:
"Azər bəy ölməyib, sağdır. Vəziyyəti ağır olaraq qalmaqda davam edir. Süni tənəffüs aparatına qoşuludur".
Xatırladaq ki, yanvarın 2-si böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev koma vəziyyətində xəstəxanaya çatdırılıb. Axşam saatlarında öldüyü deyilən aktyorun ürək fəaliyyəti həkimlər tərəfindən bərpa edilib.
Oxşar xəbərlər
ATU: Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib - YENİLƏNİB-3
Süni nəfəs aparatına qoşulmuş aktyorun son durumu açıqlanıb
Reanimasiyaya yerləşdirilən Azər Baxşəliyevə böyrək köçürüləcək?
Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB1
Aktyor Azər Baxşəliyev vəfat edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
