Reanimasiyaya yerləşdirilən Azər Baxşəliyevə böyrək köçürüləcək?
sizinxeber.az xəbər saytı

Reanimasiyaya yerləşdirilən Azər Baxşəliyevə böyrək köçürüləcək?


"Hazırda aktyor Azər Baxşəliyevə böyrək köçürülməsindən söz gedə bilməz".

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova deyib.

"Azər bəy koma vəziyyətində xəstəxanaya daxil olub, hazırda reanimasiyadadır. Onun adı böyrək nəqli olunacaq xəstələr siyahısındadır. Donor gözləyən xəstələrdən biridir. Bu gün biz onun ağırlaşmış vəziyyətdən çıxmasını gözləyirik. Həkimlər ilkin mərhələdə onu bu vəziyyətdən çıxarmağa çalışırlar. Hazırkı situasiyada böyrək nəql edilməsindən söz gedə bilməz. Onun vəziyyəti həddən artıq ağırdır. Ağır olaraq qalmaqda davam edir. Süni tənəffüs aparatına qoşulub", - deyə o bildirib.

Oxşar xəbərlər

ATU: Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aktyor Azər Baxşəliyev vəfat edib - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vəfat xəbəri yayılan aktyor Azər Baxşəliyev komadadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Süni nəfəs aparatına qoşulmuş aktyorun son durumu açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər