İqlim dəyişikliyinə dayanıqlı kəndlər üzrə TDT Forumunun yaradılması haqqında saziş imzalanıb
Ombudsman valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinətin məbləğinin artırılması məqsədilə əlavə maliyyə vəsaitinin ayrılmasını və ya nəzərdə tutulmuş vəsaitin artırılmasını təklif edib.
AZƏRTAC xəbər verir ki, bunu ombudsman Səbinə Əliyeva Milli Məclisin komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O, həmçinin körpə uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 3 yaşınadək uşağa qulluğa görə müavinətin və 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinətin məbləğinin, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklifləri ilə çıxış edib.
Səbinə Əliyeva, həmçinin uşaqların inkişafına dövlət dəstəyinin daha da artırılması, erkən yaşlardan uşaqların inkişafının təmin olunması, uşaqlara göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılması, uşaqlıq dövrünün düzgün formalaşmasına dəstəyin artırılması, uşaqların gələcəkdə sağlamlıq və sosial risklərə məruz qalma ehtimalının qarşısının alınması məqsədilə “Büdcədən maliyyələşdirilən dövlət uşaq bağçalarında və körpələr evi-uşaq bağçalarında “uşaq psixoloqu” və “erkən inkişaf üzrə mütəxəssis” ştatlarının əlavə olunmasını təklif edib.
“Respublikamızın bir sıra bölgələrində soyuqların daha tez düşməsi nəticəsində orta məktəblərin, məktəbəqədər təhsil və digər uşaq müəssisələrinin soyuq olmasının uşaqlar arasında xəstəliyin artmasına, eyni zamanda, qeyd edilən vəziyyətin şagirdlərin məktəblərdən yayınmasına səbəb olduğunu nəzərə alaraq, həmin uşaq müəssisələrində qış və yay mövsümünə keçidin 15 noyabr – 15 aprel tarixləri üzrə deyil, havanın temperaturuna uyğun tətbiq edilməsi və bu məqsədlə qış mövsümündə məktəblərin isidilməsi üçün əlavə maliyyə vəsaitinin ayrılmasına böyük ehtiyac vardır”, - deyə ombudsman qeyd edib.
Oxşar xəbərlər
İlk dəfə işə düzələn valideynsiz şəxslərə verilən müavinətin artırılması II oxunuşda müzakirə olunub
Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Makron üçüncü ölkələrdə miqrantların qaytarılması üzrə mərkəzlərin yaradılmasına qarşı çıxıb
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Balaxanı neftçiləri ADNSU-da Geologiya Elmləri üzrə Tədqiqat təqaüdü təsis etdilər - FOTO
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
