İlk dəfə işə düzələn valideynsiz şəxslərə verilən müavinətin artırılması II oxunuşda müzakirə olunub
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin şəxslərə ilk dəfə işə düzələn zaman verilən yardımların artırılması müzakirə edilib.
"Report xəbər verir ki, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik layihəsi ikinci oxunuşa təqdim edilib.
Komitə sədri Musa Quliyev dəyişikliyin sözügedən kateqoriyadan olan uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsinin təkmilləşdirilməsi məqsədi ilə hazırlandığını vurğulayıb.
Müzakirələrdən sonra sözügedən qanun layihəsi və gündəliyə daxil edilmiş “Arbitraj haqqında” icrası ilə əlaqədar bəzi qanunlarında dəyişiklik edilməsi haqqında layihə ikinci oxunuşda plenar iclasa tövsiyə edilib.
Qeyd edək ki, layihəyə əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi və digər qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya onların əvəzinə verilən pul kompensasiyasının məbləğinin də sözügedən müavinətin tərkibinə daxil edilməklə birdəfəlik müavinətin qanunun hazırkı redaksiyası və hazırda ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği (Dövlət Statistika Komitəsi tərəfindən sonuncu dəfə açıqlanmış ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği 1003,5 manat olub) nəzərə alınmaqla 6 min manat müəyyən edilib.
Oxşar xəbərlər
Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu qadınlar pensiyaya tez çıxacaq - Təsdiqləndi [xfgiven_updateblue][/xfgiven_updateblue]
“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin iclası başlayıb, gündəlikdə 16 məsələ var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bu şəxslər pensiyaya tez çıxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












