Merts: Almaniyanın avtomobil sənayesi Trampın rüsumları səbəbindən hiss olunacaq itkilər yaşayır
sizinxeber.az xəbər saytı

Merts: Almaniyanın avtomobil sənayesi Trampın rüsumları səbəbindən hiss olunacaq itkilər yaşayır


Almaniya kansleri Fridrix Merts bildirib ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən tətbiq edilən idxal rüsumları Almaniyanın avtomobil istehsalı şirkətlərinin vəziyyətinə mənfi təsir göstərir.

“Report” xəbər verir ki, Almaniya hökumətinin başçısı bu fikrini Amerika televiziya şirkəti CNN-ə müsahibəsində ifadə edib.

“Təsir dəhşətlidir”, – o, Amerika rüsumlarının Almaniyanın avtomobil sənayesinə necə təsir etdiyini qiymətləndirməsi istəndikdə bildirib.

“Ümid edirəm ki, bu ticarət münaqişəsində həll yolu tapacağıq. Nəticədə bu hamımız üçün təhlükə yaradır”, – Merts qeyd edib və yay ərzində ticarət anlaşmazlıqlarının həll ediləcəyinə ümid etdiyini söyləyib.

O əlavə edib ki, Berlin və Vaşinqton rüsumlar mövzusunda “danışıqlar aparmaq üçün hər tərəfdən nümayəndələr” təyin edəcəklər. “Lakin bunu Avropa səviyyəsinə çıxarmaq lazımdır, çünki ticarət siyasəti Aİ-nin məsuliyyət sahəsinə aiddir. Biz Aİ-nin bir hissəsiyik və konstruktiv rol oynamağa çalışırıq”, – Almaniya kansleri vurğulayıb.

Qeyd edək ki, iyunun 5-də Vaşinqtonda Tramp və Merts arasında görüş keçirilib, liderlər o cümlədən Rusiya – Ukrayna münaqişəsinin həlli istiqamətində səyləri müzakirə ediblər.

Oxşar xəbərlər

KİV: Merts Almaniya kansleri seçkilərində ikinci tur səsverməsindən imtina edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fridrix Merts: Trampın siyasəti yeni maliyyə böhranı riskini artırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Merts: Tramp-Zelenski mübahisəsi qəsdən edilmiş gərginlik idi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniyanın yeni kansleri ABŞ Prezidenti ilə telefon danışığı aparmağı planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Merts yenidən Almaniya kansleri vəzifəsinə namizəd təklif ediləcək - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər