sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Almaniyanın yeni kansleri ABŞ Prezidenti ilə telefon danışığı aparmağı planlaşdırır
Dünən Almaniya kansleri seçilən Fridrix Merts mayın 8-də ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparacaq.
“Sizinxeber.az” xəbər verir ki, o, bunu ZDF telekanalına müsahibəsində deyib.
"Cümə axşamı ABŞ Prezidenti ilə telefon danışığı aparacağam. Biz şəxsən tanış deyilik. Ən geci iyunda Haaqada keçiriləcək NATO sammitində, ya da daha tez tanış olacağıq. Açıq söhbət edəcəyik. Mən təkcə Almaniyanın deyil, həm də Avropa İttifaqının mövqeyini çatdıracağam", - kansler bildirib.
Qeyd edək ki, dünən F.Merts Bundestaqda Almaniyanın 10-cu kansleri kimi and içib.
Oxşar xəbərlər
Merts Almaniyanın yeni Kansleri kimi and içib
KİV: Merts Almaniya kansleri seçkilərində ikinci tur səsverməsindən imtina edəcək
Merts yenidən Almaniya kansleri vəzifəsinə namizəd təklif ediləcək - YENİLƏNİB
Şoltz Suriyanın yeni Prezidenti ilə telefon danışığı aparıb
Mertsin Almaniya kansleri seçiləcəyi tarix müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













