Sizinxeber.az » DÜNYA » Digər ölkələr » Merts yenidən Almaniya kansleri vəzifəsinə namizəd təklif ediləcək - YENİLƏNİB

Merts yenidən Almaniya kansleri vəzifəsinə namizəd təklif ediləcək - YENİLƏNİB

Fridrix Mertsin Almaniya kansleri vəzifəsinə namizədliyi üzrə ikinci səsvermə turu Bundestaqda mayın 6-da yerli vaxtla saat 15:15-də keçiriləcək. Xristian-Demokratik İttifaqı və Xristian-Sosial İttifaqı (CDU/CSU) bloku və Almaniya Sosial-Demokrat Partiyasından (SPD) ibarət koalisiya onun namizədliyini dəstəkləyəcək. 

“Report” Almaniya KİV-inə istinadən xəbər verir ki, Bundestaq fraksiyaları kanslerin namizədliyi üzrə yeni səsvermənin keçirilməsi imkanını müzakirə edəcəklər.

Qeyd olunub ki, birinci turda uğursuzluğa düçar olan Merts yenidən namizədliyini irəli sürməkdə qətiyyətlidir.

Berlin senatının üzvü Qunnar Lindemann "İzvestiya" nəşrinə bildirib ki, AfD bacarıqlı siyasətçilərin olduğu CDU ilə birgə hökumət formalaşdırmağa hazırdır.

"Biz artıq bir neçə CDU deputatından eşitmişik ki, bəzi deputatlar SPD-nin bu solçu siyasəti əvəzinə, Almaniyaya münasibətdə mühafizəkar siyasət yürütmək üçün AfD ilə ittifaqa girməyə üstünlük verərdilər", - o bildirib.

Q.Lindemann əlavə edib ki, AfD danışıqlara hazırdır.

12:14

Fridrix Merts Bundestaqda Almaniya kansleri seçkilərində ikinci tur səsverməsindən imtina etməyi qərara alıb.

“Report” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Bundestaq bu gün ikinci tur seçkiləri keçirməyəcək.

Bundestaqın sədri Yuliya Klökner daha əvvəl bildirib ki, F.Merts Almaniyanın yeni kansleri seçilmək üçün səsvermənin birinci turunda lazımi mütləq səs çoxluğunu toplaya bilməyib: "Fridrix Merts kansler seçilməsi üçün zəruri olan 316 səsi toplaya bilməyib. Nəticədə də kansler seçilmədi. Merts cəmi 310 səs toplayıb".

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !