Azərbaycanda sənaye istehsalı 2 %-dən çox azalıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 21 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % az sənaye məhsulu istehsal edilib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 3,4 % azalıb, qeyri neft-qaz sektorunda isə 5,3 % artıb.
Sənaye məhsulunun 62,3 %-i mədənçıxarma sektorunda, 30,6 %-i emal sektorunda, 6,2 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4 % azalıb, əmtəəlik qaz hasilatı isə 1,4 % artıb.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 90,3 %, əczaçılıq məhsullarının istehsalı 54,4 %, maşın və avadanlıqların istehsalı 26,6 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 20,1 %, toxuculuq sənayesi məhsullarının istehsalı 18,7 %, qida məhsullarının istehsalı 12,5 %, kimya sənayesi məhsullarının istehsalı 7,1 %, kompüter, elektron və optik məhsulların istehsalı 6,3 %, içkilərin istehsalı 4,0 %, tütün məmulatlarının istehsalı 3,4 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 2,3 % artmış, mebel istehsalı 3,6 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,9 %, elektrik avadanlıqlarının istehsalı 5,4 %, neft məhsullarının istehsalı 9,9 %, hazır metal məmulatlarının istehsalı 12,7 %, tikinti materiallarının istehsalı 12,9 %, metallurgiya sənayesi məhsullarının istehsalı 16,7 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 18,2 %, kağız və karton istehsalı 26,6 %, geyim istehsalı 42,8 %, poliqrafiya məhsullarının istehsalı isə 48,2 % azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,7 % artıb.
Oxşar xəbərlər
Azərbaycanda sənaye istehsalı 2 %-ə yaxın azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 8 ayda 42 milyard manatlıq sənaye məhsulu istehsal edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 7 ayda 37 milyard manatlıq sənaye məhsulu istehsal olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sənaye istehsalı 3 %-ə yaxın azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sənaye istehsalı 1 %-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












