İtaliyalı müşahidəçi: Seçki prosesi şəffaf və demokratik şəkildə təşkil olunub
Hər şeydən əvvəl mən Azərbaycan xalqını təbrik etmək istəyirəm. Mən prezident seçkilərində də müşahidəçi kimi iştirak etmişəm və o zaman da, indi də insanların fəal iştirakını müşahidə etdim.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında italiyalı müşahidəçi Grupploni Nalke bildirib.
O deyib ki, seçki prosesi şəffaf və demokratik şəkildə təşkil olunub:
"Mən bundan əvvəlki seçki məntəqələrində də seçicilərin fəallığını müşahidə etmişəm və bu çox təqdirəlayiqdir. Bu, o deməkdir ki, Azərbaycan xalqı öz siyasi seçimlərinə böyük hörmətlə yanaşır və bunda aktiv iştirak edir. Bu da seçkilərin şəffaflığını göstərir. Bu həm də o deməkdir ki, Azərbaycan dövləti öz vətəndaşları və xüsusilə də gəncləri üçün öz gələcəklərini seçmək, gələcəklərini uğurlu şəkildə qurmaq üçün seçimlər etməyə geniş imkanları yaradır".
"Bu səhər seçki məntəqələrinin birində mən şəffaflığa nəzarət üçün barmaqlara tətbiq olunan mürəkkəbdən xahiş etdim ki, mənim də barmağıma vursunlar. Daha sonra prosesin şəffaflığını yoxlamaq üçün digər seçki məntəqələrində bunu yoxladım. Hər şeyin düzgün aparıldığının şahidi oldum”, - o qeyd edib.
Oxşar xəbərlər
ATƏT Müşahidə Missiyasının koordinatoru: Səsvermə prosesini müşahidə üçün əlverişli şərait yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB PA müşahidəçiləri: Seçicilərin azad şəkildə öz fikirlərini ifadə etməsi üçün hər cür şərait yaradılıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB PA-nın nümayəndə heyəti parlament seçkilərinə hazırlıq prosesi barədə məlumatlandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Serbiyalı deputat: Seçki prosesi yüksək demokratiya şəraitində təşkil olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda Dəyirmi Masa təşkil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












