MDB PA müşahidəçiləri: Seçicilərin azad şəkildə öz fikirlərini ifadə etməsi üçün hər cür şərait yaradılıb - FOTO
Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Seçki Müşahidə Missiyası 17 Saylı Yasamal III Seçki Dairəsinin 1 saylı Seçki Məntəqəsinə baş çəkib.
Sizinxeber.az xəbər verir ki, Məntəqə Seçki Komissiyasının sədri beynəlxalq müşahidəçilərə məntəqənin səsverməyə hazır olduğu barədə məlumat verib.
O bildirib ki, səsvermə prosesi bilavasitə Seçki Məcəlləsinə uyğun olaraq təşkil edilib.
Rusiya Federasiya Şurasının sədrinin birinci müavini Andrey Yatskin məntəqənin işinə uğurlar arzulayıb.
O, həm seçkiöncəsi hazırlıq prosesi, həm də məntəqə ilə bağlı təəssüratlarını bölüşüb:
"Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bilirsiniz ki, biz Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasını təmsil edirik. Müşahidə prosesində biz həm dövlətin, həm də ayrı-ayrı siyasi partiyaların seçki prosesinə hazırlığını müşahidə etdik. Eyni zamanda hazırda olduğumuz məntəqədə seçicilərin azad şəkildə öz fikirlərini ifadə etməsi üçün hər cür şərait yaradılıb. Biz bunu çox yüksək qiymətləndiririk. Bizim əsas məqsədimiz Azərbaycanda Milli Məclisə keçirilən seçkiləri tam olaraq müşahidə edib, yekun hesabat hazırlayaraq, Müstəqil Dövlətlər Birliyinin səlahiyyətli orqanlarına təqdim etməkdən ibarətdir".
Daha sonra Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə məntəqədə səsvermə prosesinə start verilib.
Oxşar xəbərlər
MDB PA-nın nümayəndə heyəti parlament seçkilərinə hazırlıq prosesi barədə məlumatlandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB PA-nın Azərbaycandadakı seçkiləri müşahidə edəcək missiyasının tərkibi formalaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konstitusiya Məhkəməsində MDB PA-nın müşahidəçiləri ilə görüş keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda 3 dairə üzrə 20 namizəd mübarizə aparır - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Andrey Yatskin: Qanunverici orqanlar səviyyəsində əməkdaşlıq fəaliyyət istiqamətlərimizdən biridir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












