AQTA "Barilla" makaronları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Barilla" makaronları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
AQTA-dan "Report"a daxil olan məlumata əsasən, bəzi xəbər saytlarında “Barilla” əmtəə nişanlı “İntegrale Vollkorn Penne Rigate” tam buğda makaronu məhsulu partiyasında uyğunsuzluq aşkarlanması səbəbindən bir neçə ölkədə satışdan geri çağırılması ilə bağlı məlumatlar yer alıb.
Agentlik bildirir ki, xəbərdə qeyd olunan məhsul partiyası Azərbaycana idxal olunmayıb:
"Həmçinin bu əmtəə nişanına məxsus digər məhsul partiyalarının təhlükəsizlik və kefiyyət göstəriciləri ilə bağlı aparılan laborator müayinələrin nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, Azərbaycana gətirilən "Barilla" əmtəə nişanlı makaronlar istehlak üçün yararlıdır".
Oxşar xəbərlər
AQTA: Uyğunsuzluq aşkarlanan partiya ölkəmizə idxal olunmayıb
AQTA: Azərbaycana gətirilən Rusiya istehsallı bitki yağı partiyalarında uyğunsuzluq aşkarlanmayıb
Türkiyədən gətirilən bioloji aktiv qida məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
İtaliyadan Azərbaycana gətirilən 15 mindən çox bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb
AQTA bəzi müəssisələrə fitosanitar sertifikatın verilməsini dayandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













