AQTA: Azərbaycana gətirilən Rusiya istehsallı bitki yağı partiyalarında uyğunsuzluq aşkarlanmayıb
sizinxeber.az xəbər saytı

AQTA: Azərbaycana gətirilən Rusiya istehsallı bitki yağı partiyalarında uyğunsuzluq aşkarlanmayıb


Azərbaycana gətirilən Rusiya istehsallı “Слобода” əmtəə nişanlı günəbaxan yağı partiyalarında uyğunsuzluq aşkar edilməyib.

Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Qeyd olunub ki, Rusiyada istehsal olunan və Belarusa idxal edilən “Слобода” əmtəə nişanlı günəbaxan yağı partiyalarının Belarusun dövlət standartının tələblərinə uyğun olmaması səbəbindən bu ölkədə satışının qadağan edilməsi ilə bağlı yayılmış məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq araşdırmalar aparılıb.

Belə ki, ölkə ərazisində fəaliyyət göstərən müxtəlif ticarət şəbəkələrində satışı həyata keçirilən “Слобода” əmtəə nişanlı müxtəlif növ bitki yağı partiyalarından Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Aparılan sınaq nəticələrinə əsasən, Azərbaycana idxal olunan həmin bitki yağı məhsulu partiyalarında hər hansı uyğunsuzluq aşkarlanmayıb. Həmin qida məhsulu ilə bağlı heç bir narahatlığa əsas yoxdur.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəmizin gömrük ərazisinə idxal olunan bütün növ qida məhsullarına risk əsaslı yanaşma tətbiq etməklə müvafiq nəzarət tədbirləri həyata keçirilir. Məhsullardan nümunələr görülərək təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə müvafiq laborator müayinələrə cəlb edilir. Yalnız sınaq nəticəsi uyğun çıxan qida məhsullarının satışına icazə verilir.

Oxşar xəbərlər

İtaliyadan Azərbaycana gətirilən 15 mindən çox bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb
AQTA-dan bu məhsulla bağlı xəbərdarlıq: Kimyəvi maddə...
Ölkəyə qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı XƏBƏRDARLIQ
Rusiyadan Azərbaycana gətirilən məhsulda bakteriya aşkarlandı
Azərbaycanda restoranda saxta alkoqollu içkilər aşkarlandı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər