Abşeronda "2 iyul – Azərbaycan Polisi Günü" qeyd edilib
Abşeron rayonunda polis işçilərinin peşə bayramı qeyd edilib.
"Report" xəbər verir ki, tədbir Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutub.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron Rayon Polis İdarəsinin rəisi Musa Musayev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, hüquq mühafizə orqanlarının, regional idarə və təşkilat rəhbərləri, şəhid ailələri, Abşeron polisinin şəxsi heyəti və rayon ictimaiyyəti iştirak edib.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə güllər düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Tədbirdə Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin və xidmət zamanı həlak olmuş polislərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan polisinin şərəfli tarixinə və əzmkar fəaliyyətinə həsr olunmuş sənədli videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan polisinin misilsiz xidmətlərindən danışıb. O bildirib ki, həm Birinci Qarabağ Müharibəsi, həm də Vətən Müharibəsi zamanı, o cümlədən cinayətkarlığın qarşısının alınmasında polis nəfərləri daima ön cərgədə olub, məsuliyyətli və şərəfli peşələrinin öhdəsindən uğurla gəliblər.
Azərbaycanın ictimai-siyasi həyatında sabitliyin təmin olunmasında polisin xüsusi rolunu vurğulayan RİH başçısı qeyd edib ki, Azərbaycan polisinin inkişafı və bugünki nailiyyətləri məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. RİH başçısı vurğulayıb ki, Ümummilli Liderin siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev polis strukturuna daim diqqət və qayğı göstərib. Azərbaycan polisi hazırda güclü maddi-texniki bazaya malik olmaqla yanaşı ölkəmizdə ictimai asayişin qorunmasında xüsusi rol oynayan hüquq-mühafizə strukturlarından birinə çevrilib.
Əldə olunan bu inkişafın nəticəsidir ki, respublikada kriminaloji durum nəzarət altında saxlanılır, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri həyata keçirilir. RİH başçısı polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra Abşeron Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Anar Musayev çıxış edərək Azərbaycan polisinin şərəfli tarixindən, o cümlədən Abşeron polisinin fəaliyətindən və gördüyü işlərdən söz açıb.
Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova və Vətən Müharibəsi qazisi Orxan Qurbanov çıxış edərək Azərbaycvan polisinin göstərdiyi xidmətlərdən, vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə polis nəfərlərinin göstərdiyi şücaətlərdən danışıb. Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis əməkdaşı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunub, gələcək fəaliyyətlərində uğurlar arzu edilib. Daha sonra respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə bədii hissə təqdim edilib.
Oxşar xəbərlər
Abşeronda Zərifə Əliyevanın 103 illiyi qeyd edildi
Adil Kərimli Xırdalan şəhərində vətəndaşları qəbul edib
Anım Günü Neftçalada da qeyd olundu - Fotolar
ADSEA sədri Abşeronda vətəndaşlarla görüşdü
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
